Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş
    • 28-09-2022, 09:52
    • 250

Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş

Bir neçə gün əvvəl yol qəzası zamanı həlak olan Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Elvin Əzizli məmur oğlu imiş.

News24.az-
ın məlumatına görə, Elvin Əzizli Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizlinin oğludur.

Qeyd edək ki, 23 sentyabr tarixində Firdovsi Eyvazov idarə etdiyi "KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.