Kasilyasdan Şakira ilə eşq yaşadığı barədə iddialara cavab
    • 30-09-2022, 18:05
    • 213

Kasilyasdan Şakira ilə eşq yaşadığı barədə iddialara cavab

"Real"ın əfsanəsi İker Kasilyas Şakira ilə münasibətinin olması barədə yayılan xəbərləri təkzib edib.

News24.az offsideplus.az-a istinadən xəbər verir ki, sabiq qolkiper medianın yaydığı xəbərləri İnstaqram hesabında paylaşıb və bu məlumatların hardan gəldiyini anlamadığı ifadə edib.

Xatırladaq ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar. Son günlərdə isə kolumbiyalı müğənninin İker Kasilyasla eşq yaşadığı bildirilirdi.