Zelenski: "Ukrayna dialoqu Rusiyanın növbəti prezidenti ilə aparacaq"
    • 30-09-2022, 19:16
    • 515

Zelenski: "Ukrayna dialoqu Rusiyanın növbəti prezidenti ilə aparacaq"

Rusiya Prezidenti Vladimir Putinlə birgəyaşayışla bağlı razılaşmaq mümkün deyil.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Ukrayna dialoqu Rusiyanın növbəti Prezidenti ilə aparacaq.

“Aydındır ki, Rusiyanın hazırkı Prezidenti ilə bu, mümkün deyil. Ona görə də, biz artıq Rusiya ilə dialoqa Rusiyanın başqa Prezidenti ilə hazırıq”, - Zelensk qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, sülhün yeganə yolu Ukraynanın güclənməsi və işğalçıları qovması ilə mümkündür və Ukrayna bu yolla gedəcək.