Stoltenberq: Ukraynanın hüququnu dəstəkləyirik
    • 1-10-2022, 00:22
    • 472

Stoltenberq: Ukraynanın hüququnu dəstəkləyirik

Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək. APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.

Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək.

“Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir”, - deyə Baş katib bildirib.