Böyük Britaniyada iqtisadiyyat pandemiyadan sonra əvvəlki vəziyyətinə qayıtmayıb
    • 1-10-2022, 01:32
    • 285

Böyük Britaniyada iqtisadiyyat pandemiyadan sonra əvvəlki vəziyyətinə qayıtmayıb

Böyük Britaniya iqtisadiyyatı pandemiyadan sonra əvvəlki vəziyyətinə qayıtmayan yeganə G7 ölkəsidir.

News24.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatlarına görə, ölkədə iqtisadi artım pandemiyadan əvvəlki səviyyədən aşağı qalıb. Belə ki, Böyük Britaniyanın 2022-ci ildə ümumi daxili məhsul istehsalı 2019-cu ildə əldə etdiyi səviyyədən 0,2 faiz aşağıdır. Bu zaman iqtisadiyyat tənəzzülə girməyib, ancaq artım tempi G7 ölkələrindən geri qalıb.

Həmçinin Milli Statistika İdarəsi iqtisadiyyatın 2022-ci ilin birinci və ikinci rübləri arasında 0,2 faiz artdığını bildirir.

İqtisadçıların fikrincə, növbəti rübdə iqtisadiyyatda daha çox daralmalar ola bilər.