-
- 18-07-2022, 14:18
- 471
Avtomobil benzininin istehsalı azalıb
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1705,4 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 15,4 faiz azalıb.
Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, yanacaq mazutunun istehsalı 2,7 dəfə, neft bitumu 17,8 faiz artıb, avtomobil benzininin istehsalı 13,1 faiz, sürtkü yağlarının istehsalı 29,9 faiz, dizel yanacağının istehsalı 29,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 33,1 faiz, neft koksunun istehsalı isə 41,1 faiz azalıb.