Səs yazısı yayılan direktora şiddətli töhmət verildi
    • 1-10-2022, 10:14
    • 444

Səs yazısı yayılan direktora şiddətli töhmət verildi

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundovaya şiddətli töhmət verilib.

Bu barədə News24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, direktorun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bildirilib ki, hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Onun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.