Xocavənddə silah-sursat AŞKARLANDI
    • 3-10-2022, 10:22
    • 234

Xocavənddə silah-sursat AŞKARLANDI

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.