Monitorinq qrupunun üzvü: “Teleradio verilişlərinin adında alınma sözlərdən daha çox istifadə edilir”
    • 5-01-2019, 11:37
    • 751

Monitorinq qrupunun üzvü: “Teleradio verilişlərinin adında alınma sözlərdən daha çox istifadə edilir”

"Teleradio dilində səslənən hər bir söz, o cümlədən verilişlərin adı leksik normaya uyğun olmalıdır".

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.
Monitorinq qrupunun üzvünün sözlərinə görə, verilişlərin adında alınma sözlərdən daha çox istifadə edilir: "Məsələn, teleyayımlarda- “Space”də “Praym-şok”; “Lider”də “Retro-Lounge”, “Texnopark”, “Avtoqraf”, “Solo”, “Fortuna”, “Təmir menyusu”; “ATV”də “Stand up”; “İTV”də “Antrakt”, “Oberton”, “Xəzər”də “Harmoniya”, “ARB”də “Turist”, “Kriminal”, “Rezonans”; radioyayımlarda- “Anten”də “Meqapolis”; “100.5 FM”də “Poliqon”, “Multivitamin”; “106 FM”də “İnvestor”; “ASAN”da “Obla Air” və s. Verilişlərinə yad adlar qoyan telekanallar siyahısında “Lider”, radiokanallar arasında isə “100.5 FM” liderlik edir. Nəinki verilişlərin, hətta telekanalların adları arasında da xarici sözlər ilə ifadə olunanlar az deyil: “Lider”, “Space”, “Antenn”, “Jazz FM”; “Space 104 FM”, “Media FM”, “Avto FM”. Bu məqamda qeyd edək ki, dövlət başçısı İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunmasının və saflığının təmin olunmasının vacibliyini xüsusi qeyd edib, dilimizdə yad kəlmələrin lüzumsuz işlədilməsinin yolverilməz olduğunu bildirib. 

//Report