Azərbaycanın tanınmış müğənnisi QƏZAYA DÜŞDÜ
    • 3-10-2022, 15:31
    • 349

Azərbaycanın tanınmış müğənnisi QƏZAYA DÜŞDÜ

Müğənni Aynur Dadaşovanın başına iş gəlib.

News24.az "axşam.az"-a istinadən xəbər verir ki, ifaçı dünən gecə saatlarında avtomobil qəzası keçirib.

Qəzada ifaçı ciddi xəsarət almasa da maşını idarəetməyə yararsızdır:

"Hər şey bir an içində baş verdi. Hələ də şokdayam. Şükürlər olsun ki, sağ-salamatam. Cana gələn mala gəlsin. Bacımın övladı da yanımda idi. Yazıq uşaq şoka düşdü. Bu maşından sağ çıxmışıqsa, şükür".