Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı - DİN-dən açıqlama
    • 4-10-2022, 13:36
    • 250

Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.