Şagirdlər arasında kütləvi dava ilə bağlı məktəb və DİN-dən MÜNASİBƏT
    • 15-02-2022, 12:50
    • 634

Şagirdlər arasında kütləvi dava ilə bağlı məktəb və DİN-dən MÜNASİBƏT

Bakıda məktəblilər arasında kütləvi dava baş verib.

News24.az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında baş verib.

Davada iştirak edən yeniyetmələrin də həmin məktəbin şagirdləri olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza məsələ ilə bağlı açıqlama verib: "Hazırda araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək".

Kütləvi dava baş verən 116 nömrəli tam orta məktəb hadisə barədə açıqlama yayıb. 

Məlumatda deyilir ki, 14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər.

Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.