Məktəbin qarşısında ehsan adı ilə uşaqlara NARKOTİK PAYLANIB?-DİN-dən AÇIQLAMA
    • 4-10-2022, 16:39
    • 238

Məktəbin qarşısında ehsan adı ilə uşaqlara NARKOTİK PAYLANIB?-DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə paytaxt məktəblərin birində şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında iddia səsləndirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a  bildirilib ki, qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib.

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Həmin şagird valideyninin iştirakı ilə  profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.