Bakıda orta məktəb müəllimi vəfat etdi – MÜƏLLİM GÜNÜNDƏ
    • 5-10-2022, 11:21
    • 443

Bakıda orta məktəb müəllimi vəfat etdi – MÜƏLLİM GÜNÜNDƏ

Bakı şəhər Yasamal rayon 286 saylı orta məktəbin müəllimi vəfat edib.

News24.az-ın məlumatına görə, bu barədə məktəb məlumat yayıb.

Bildirilib ki, məktəbimin ibtidai sinif müəllimi Alkişiyeva Əsmayə İmani qızı dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, bu gün həm də Azərbaycanda Müəllim Günü kimi qeyd edilir.