Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı oldu
    • 2-05-2021, 10:51
    • 516

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı oldu

Sumqayıtda müəllim koronavirusdan dünyasını dəyişib.

News24.az "Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Məsudə Səfərəliyeva COVID-19-dan vəfat edib.

M.Səfərəliyeva orta məktəbdə riyaziyyat fənnini tədris edib.

Qeyd edək ki, ötən gün İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Y.Cəbrayılova COVID-19-dan vəfat edib.