Colinin zorakılıqla bağlı iddialarına cavab
    • 5-10-2022, 16:20
    • 197

Colinin zorakılıqla bağlı iddialarına cavab

Hollivud ulduzu Bred Pitt Ancelina Colinin məişət zorakılığı ilə bağlı iddialarına cavab verib. 

News24.az "Olay"-a istinadən xəbər verir ki, bu barədə CNN kanalı aktyorun nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb. 

Bred Pittin sözçüsü aktrisanın iddialarını “tamamilə yanlış” adlandırıb:

“Bred etmədikləri üçün məsuliyyət daşımayacaq. Yeni iddialar tamamilə həqiqətə uyğun deyil”.

Qeyd edək ki, ötən gün Ancelina Colinin Bred Pitti məişət zorakılığında ittiham edərək məhkəməyə verdiyi məlum olub. İddia ərizəsində 2016-cı ilin sentyabrında Pitt və Coli övladları ilə şəxsi təyyarədə Fransadan Kaliforniyaya uçarkən münaqişənin təfərrüatları açıqlanır.