Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb
    • 6-10-2022, 10:13
    • 263

Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

News24.az "Report"-a istinadla xəbər verir ki, hadisə oktyabrın 5-i saat 18:20-də rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.