Pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
    • 6-10-2022, 10:16
    • 194

Pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

Oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da oktyabr ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.