Putin Ərdoğanla danışacaq
    • 7-10-2022, 00:45
    • 296

Putin Ərdoğanla danışacaq

Bu gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

News24.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.

Bununla yanaşı, sabah Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.