Nikol Paşinyan Rusiyaya gedib
    • 7-10-2022, 09:39
    • 191

Nikol Paşinyan Rusiyaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

News24.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.