Kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi açıqlanıb
    • 5-01-2019, 17:00
    • 1 205

Kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi ötən il dekabrın 1-nə 12 milyard 564 milyon 150,7 min manat olub.

Bu məbləğin 10 milyard 262 milyon 852,7 min manatı Bakı şəhərinin payına düşüb.
Kredit qoyuluşunun həcminə görə, ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Bu iqtisadi rayona 572 milyon 574,1 min manat həcmində kredit qoyulub.
Üçüncü yerdə qərarlaşan Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 milyon 30,4 min manat, Gəncə-Qazax iqtisadi rayonuna 475 milyon 283,3 min manat, Lənkəran iqtisadi rayonuna 208 milyon 150,1 min manat, Quba-Xaçmaz iqtisadi rayonuna 163 milyon 871,5 min manat, Şəki-Zaqatala iqtisadi rayonuna 157 milyon 210,1 min manat, Naxçıvana 103 milyon 333,5 min manat, Dağlıq Şirvan iqtisadi rayonuna 61 milyon 109 min manat, Yuxarı Qarabağ iqtisadi rayonuna 49 milyon 453,5 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna 283 min manat təşkil edib.

//AZƏRTAC