Gürcüstanda “Qafqaz Qartalı-2022” hərbi təlimləri başlayıb - FOTO
    • 10-10-2022, 22:23
    • 257

Gürcüstanda “Qafqaz Qartalı-2022” hərbi təlimləri başlayıb - FOTO

Gürcüstanda “Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin hərbi təlimləri başlayıb.

News24.az xəbər verir ki, təlimlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələri iştirak edirlər.

Oktyabrın 10-da Muxrovani hərbi bazasında təlimlərin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri və zabitləri, eləcə də Türkiyə səfirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti iştirak edib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.