FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi
    • 10-10-2022, 22:39
    • 302

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi

FIFA Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.

News24.az bildirir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb.

Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.

Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu (100 min avro) ödəyib.