Deputat vəfat edən həyat yoldaşı barədə paylaşım etdi
    • 11-10-2022, 13:20
    • 1 076

Deputat vəfat edən həyat yoldaşı barədə paylaşım etdi

Deputat Jalə Əhmədova bir neçə gün əvvəl vəfat edən həyat yoldaşı ilə bağlı paylaşım edib.
 
News24.az xəbər verir ki, millət vəkili öz feysbuk hesabında dünyasını dəyişən həyat yoldaşı Babək Əhmədovun fotosunu paylaşıb.

O, ailəsinə üz vermiş ağır itki ilə əlaqədar başsağlığı verənlərə təşəkkür edib.

Qeyd edək ki, Babək Əhmədov Xaçmaz rayonunda dəfn olunub. O, dövlət qurumlarının birində çalışıb. Mərhumun qardaşı İmran Əhmədov isə Lənkəran qarnizonu üzrə hərbi prokurordur.