Ərindən danışan Nigar Şabanova: "Onun sonrakı qurbanlarına səbr diləyirəm" - VİDEO
    • 11-10-2022, 18:04
    • 475

Ərindən danışan Nigar Şabanova: "Onun sonrakı qurbanlarına səbr diləyirəm" - VİDEO

Əməkdar artist Nigar Şabanova boşanması ilə bağlı ilk dəfə danışıb. 

News24.az Baku.ws-ə istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı həyat yoldaşı ilə ayrılmasına böyük problemlərin səbəb olduğunu deyib.

Şabanova boşanmanın qısqanclıq və xəyanət səbəbindən baş vermədiyini, xəyanətə görə ailənin dağılmasına qarşı olduğunu bildirib. 

Nigar açıqlamasının sonunda həyat yoldaşı ilə evlənəcək olan növbəti qadına səbr də arzulayıb. 

Xatırladaq ki, Əməkdar artist XTQ giziri Xəyyam Qaragözovla evli olub. Cütlük bir müddət əvvəl boşanaraq həyat yollarını ayırıb.