Mobil telefonların şifrələri bu üsulla sındırıla bilər
    • 12-10-2022, 01:15
    • 285

Mobil telefonların şifrələri bu üsulla sındırıla bilər

Mobil telefonların şifrələri barmaqların temperaturunu izləyən termal kameralar vasitəsilə sındırıla bilər.

News24.az  xəbər verir ki, şotlandiyalı alimlər mobil telefonların və ya kompüterlərin şifrələrini termal olaraq oxuyan qurğu istehsal ediblər.

Qlazqo Universitetinin alimləri aşkarlayıblar ki, telefonlarda saxlanılan termal kameralar şifrələrin daxil edilməsindən bir dəqiqə sonra sındırılmasına kömək edə bilər. Bu kameralarla birlikdə süni intellektdən istifadə etməyi bacaran tədqiqatçılar oxşar sistemlərin cinayətkarlar tərəfindən kompüter və smartfonları sındırmaq üçün hazırlana biləcəyi barədə də xəbərdarlıq ediblər.

Tədqiqatçılar vurğulayıblar ki, şifrə daxil edilərkən ekranı qızdıran istifadəçilərin barmaq ucları müəyyən müddətə qədər klaviaturada aşkarlana bilir. Bu ekranlardan çəkilmiş termal görüntüləri süni intellektlə birləşdirmək şifrənin nə ola biləcəyi ilə bağlı ardıcıl proqnozlar verməyə imkan yaradır.