Orta məktəblərdə mobil telefonlar qadağan olunsun - DEPUTAT
    • 30-09-2019, 15:56
    • 1 099

Orta məktəblərdə mobil telefonlar qadağan olunsun - DEPUTAT

Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov çıxış edib.
O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur.
A.Badamov təklif edib ki, “Təhsil haqqında" Qanuna telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin. /publika/