“Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satıldı
    • 12-10-2022, 00:34
    • 207

“Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satıldı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satılıb.

Qarabağ Futbol Klubundan News24.az-a verilən məlumata görə, bu gündən etibarən son 2 min bilet satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan almaq olar.