Təbiətə 18 min manatdan çox ziyan vurdular
    • 12-10-2022, 09:58
    • 229

Təbiətə 18 min manatdan çox ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ, Səbail rayonları, Mingəçevir şəhəri, Lerik və Ucar rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 18040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bunu News24.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.