Şəmkirdə qadın əri tərəfindən döyülüb.

“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyindən verilən məlumata görə, rayonunun Qaracəmilli kəndidə Gülnarə Kazımova adlı qadın həyat yoldaşı Ataşov Zeynal Ramiz oğlu tərəfindən vəhşicəsinə döyülərək tanınmaz hala salınıb. Bildirlib ki, qadın yatdığı zaman əri içki şüşəsi ilə onun başına vurub və ağır xəsarətlər yetirib. Hazırda polis qadının həyat yoldaşını saxlanılıb. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

Qeyd edək ki, İctimai Birlikdən Gülnarə Kazımovaya yardım təklif edilib.





//FemidaAz