"Dedi, hazırlaş, “Yeni ulduz”a başlayaq" - Oqtay Əliyev
    • 12-10-2022, 15:10
    • 877

"Dedi, hazırlaş, “Yeni ulduz”a başlayaq" - Oqtay Əliyev

"Heç vaxt şikayətlənməzdi, yanında kiminsə şikayətlənməyini də sevməzdi. O yaşda xanım həm ev işləri ilə məşğul olurdu, həm də müasir həyatla ayaqlaşırdı. Şou-biznesdə nə baş verdiyinin hamısından xəbərdar idi. Sonuncu dəfə avqust ayında, ad günü ərəfəsində danışdım. Ad günündə zəngimə baxmadı, ertəsi gün özü zəng etdi, dedi: “nə istəyirsən?” Təbrik etmək istədiyimi dedim. Bildirdi ki, “baxmaram da zəngə, dostlarımla restoranda ad günü qeyd edirdim”. Mən də dedim ki, “biz dost deyilik?” Mənim qoca olduğumu, cavanlarla ad gününü keçirdiyini dedi (gülür). Dedim ki, nə vaxt görüşək? Honq-Konqa gedəcəyini dedi. Sonra əlavə elədi ki, hazırlaş, “Yeni ulduz”a başlayaq".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın dəfn mərasimində tanınmış prodüser Oqtay Əliyev deyib.

Qumral Əliyeva