Pediatrdan peyvəndlə bağlı çağırış
    • 7-01-2019, 17:25
    • 1 109

Pediatrdan peyvəndlə bağlı çağırış

“Artıq ölkəmizdə də qızılca xəstələri var və sayları artır. Bu xəstəlik illərdi peyvənd sayəsində azalmışdı, ancaq son 2 ildə gedərək dünyada yayılıb. Buna əsas səbəb isə peyvənddən imtinadır”.

Bu sözləri məşhur pediatr Erkin Rəhimov sosial şəbəkədə yazıb. Valideynlərə və peyvəndsiz şəxslərə səslənən həkim xəstəliyin ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb:

“Bu xəstəlik təkcə 2017-ci ildə 110.000 (çoxu 5 yaş altı uşaq) ölümə səbəb olub. 2018-ci ildən isə demək olar ki, bütün qonşu ölkələrdə çox müşahidə olunur. Sadə bir xəstəlik kimi görünsə də, fəsadları ciddidir. Pnevmoniya, menenqit, SSPE ve s. Bəzi hallarda isə ölümlə nəticələnir.
Birlik olub bu xəstəliyin ölkəmizdə yayılmasını mümkün olduğu qədər azaltmalıyıq. Hele geç deyil və bütün xəstələri (peyvəndsiz) peyvənd elətdirməyə yönəldək. Qızılcada spesifik müalicə yoxdur və tək tedbir vaxtında peyvənd elətməkdir”.

Pediatr onu da qeyd edib ki, bir qrup xəstələrə peyvənd etdirmək olmaz:
“Xüsusi vurğulamaq istəyirəm ki, bir qrup xəstə var ki, onlara peyvənd eləmək olmaz – xərçəng xəstələri, immun çatışmazlığı olan uşaqlar. Həmçinin digər sağlamlıq problemləri səbəbi ilə peyvənd vurulmamış uşaqlar. Bunları qorumaq üçün bütün digər uşaqlar peyvənd olunmalıdır. Peyvəndə qarşı olan həkimlərimiz belə bu meqamı gözden qaçırmasınlar. Bu uşaqların qorunması bizim əlimizdədir”