"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdi
    • 13-10-2022, 23:33
    • 328

"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdi

"Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

 News24.az  xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Olimpiakos"la heç-heçə edərək buna nail olub.

Xallarının sayını 7-ə çatdıran Qurban Qurbanovun komandası G qrupunda üçüncü yeri rəsmiləşdirib.

Bununla da "Qarabağ" ardıcıl ikinci dəfə Konfrans Liqasının pley-offuna vəsiqə əldə edib.