Nazirin birinci müavininin ailəsində AĞIR İTKİ
    • 14-10-2022, 12:26
    • 303

Nazirin birinci müavininin ailəsində AĞIR İTKİ

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin ailəsində ağır itki üz verib.

News24.az-ın məlumatına görə, nazir müavininin bacısı Sevda xanım dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, V.Əliyevin bacısı uzun illər idi ki, M.F.Axundzadə adına Azərbaycan Mərkəzi Kitabxanada çalışırdı.