-
- 15-10-2022, 13:12
- 354
Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentinə başsağlığı verdi
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.