Paytaxt mağazalarının birində mobil telefon oğurlandı: Görüntülər ANBƏAN - VİDEO
    • 8-01-2019, 13:30
    • 956

Paytaxt mağazalarının birində mobil telefon oğurlandı: Görüntülər ANBƏAN - VİDEO

Bakıda mağazaların birində oğurluq hadisəsi qeydə alınıb.

Hadisə paytaxtın Əhmədli metrosu yaxınlığında Sarayevo küçəsi 18-də yerləşən mağazada baş verib. Özünü müştəri kimi göstərib, mobil telefonlara baxan gənc oğlan müştəri çoxluğundan və mağazanın nümayəndələrinin başlarının qarışıq olmasından istifadə edərək, Samsung C 8 mobil telefonunu oğurlayaraq, heç nə olmamış kimi, məkanı tərk edib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Sözügedən görüntünü təqdim edirik.

News24.Az