Bu sahədə çalışanların maaşı artıb
    • 17-10-2022, 11:52
    • 436

Bu sahədə çalışanların maaşı artıb

2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829,0 manat təşkil edib.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əməkhaqqı neft-qaz sektorunda 3485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.