Enerji içkiləri bahalaşdı - YENİ QİYMƏTLƏR
    • 8-01-2019, 14:21
    • 2 441

Enerji içkiləri bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda enerji içkiləri bahalaşıb.

Bazarda çox yayılmış “Hell Energy” içkisi 2018-ci ildə bir manata satıldığı halda, hazırda marketlərdə qiyməti iki manata qaldırılıb.

“Redbull” və “Bizon”un qiymətində də 50 faiz və bəzən daha çox artım müşahidə edilir. 

Bizon 250 ml1,70 AZN
 
Bizon 500 ml3.00 AZN 
Hell 250 m2.00 AZN
 
Hell 500 ml3.80 AZN
Jaquar 250 ml1.70 AZN
Jaquar 500 ml3.00 AZN
 
Redbull 250 ml3.00 AZN 

Xatırladaq ki, 2019-cu il 1 yanvar tarixindən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün iki manat, alkoqolsuz enerji içkiləri üçün üç manat, hər siqar üçün bir manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.