Bakıda 60 yaşlı kişi özünü güllələdi
    • 8-01-2019, 15:24
    • 1 130

Bakıda 60 yaşlı kişi özünü güllələdi

Bakının Nərimanov rayonunda 60 yaşlı kişi intihar edib.

 1959-cu il təvəllüdlü Rasim Urfanov yaşadığı evdə pnevmatik tüfənglə özünü vuraraq intihar edib. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. 

Nərimanov rayon Prokurorluğundan saytımıza verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub. Ölümün başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

//OxuAz