Azərbaycanlı deputat: "Hər ailəyə 200 DOLLAR VERİLSİN
    • 18-10-2022, 12:34
    • 335

Azərbaycanlı deputat: "Hər ailəyə 200 DOLLAR VERİLSİN"

“Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı hər bir insana 100 manat məbləğində pul verilsin”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, Neft Fondunda kifayət qədər pul var: “İkinci təklifim Azərbaycanda doğulan hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft qaz ölkələrində bu təcrübə var. 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.