-
- 3-05-2019, 13:45
- 1 298
6 yaşınadək uşaq pulu verilsin! - TƏKLİF
Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır.
News24.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.
Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.
Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.
O, bu barədə parlamentdə çıxışında qeyd edib ki, iqtisadçıların hesablamalarına əsasən, bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur: “Uşaqların istismarına, cinsi zorakılığa məruz qalmasına qarşı ciddi tədbirlər göməliyik. Çünki bunlar gələcəkdə qurbanlara çevrilmə təhlükəsi olan təbəqədir. Hesabatda (Milli Koordinatorun parlamentdəki hesabatını nəzərdə tutur - red.) göstərilir ki, filan qədər valideyn tənbeh olundu. Tənbeh olunmaqla, problem həll olunmur ki. Həmçinin, istismara məruz qalan, zorla əməyə cəlb edilənlər arasında daha çox valideyn himayəsindən məhrum olunmuş uşaqlardır. Bu uşaqların problemi deyil ki, valideyn himayəsindən məhrum olunub və ya onlara aliment ödəmir. Ona görə bu məsələ həllini tapmalı, Aliment Fondu yaradılmalıdır. İqtisadçıların hesablamalarına əsasən də bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur və bu, elə də böyük rəqəm deyil.
Həmçinin, təklif edirəm ki, altı yaşına qədər uşaqlara “uşaq pulu” verilsin. Hazırda uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. Altı yaşına qədər uşaq pulunun verilməsi üçün büdcədən 120 milyon manat vəsait ayırmaq lazımdır. Ola bilər ki, imkanlı ailələrin uşaqlarına bu pul verilməsin. Amma yerdə qalan imkansız ailələrin altı yaşına qədər uşaqlarına “uşaq pulu” verilməlidir. Həm də elə mexanizm olmalıdır ki, valdieynlər tərəfindən pul mənimsənilməsin”.