Gömrük Komitəsinin polkovniki həbs olundu
    • 8-01-2019, 18:10
    • 1 044

Gömrük Komitəsinin polkovniki həbs olundu

Dövlət Gömrük Komitəsinin “Azərpoçt”da yerləşən Poçt Daşıma Mərkəzindəki Gömrük Məntəqəsinin rəhbəri, polkovnik İsmayıl Abdullayev həbs olunub.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.

Onun sözlərinə görə, İsmayıl Abdullayev bir müddət öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən elə iş yerindəcə həbs edilib.
O, qanunsuz mobil telefon gətirən şirkətlərlə iş birliyində şübhəli bilinir.

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK–nın İstintaq qurumu tərəfindən araşdırmaların aparıldığı bildirilir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla da əlaqə saxladıq. Əvvəlcə zənglərimizə cavab verməyən qurum rəsmisi tədbirdə olduğunu, bizimlə əlaqə saxlayacağını bildirsə də, sonradan Axundovdan bir xəbər almaq mümkün olmadı.

//YenicagAz