Kanye Kardaşyandan boşanmaq üçün vəkil tutdu
    • 19-10-2022, 12:26
    • 258

Kanye Kardaşyandan boşanmaq üçün vəkil tutdu

Dünyaca məşhur repçi Kanye Uest Kim Kardaşyanla boşanmasını həll etmək üçün Hollivudun ən məşhur hüquqşünaslarından biri ilə işləməyə başlayıb. 

News24.az "Olay"-a istinadən xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Nəşrin əldə etdiyi məhkəmə sənədlərinə əsasən, reper “məlumatların açıqlanması bəyannaməsi” verib. Bu, adətən boşanma prosesinin həllinin son mərhələsində verilir.



Sənədlərdə ifaçının gəlirləri haqqında bütün məlumatlar əks olunub.  Uestin vəkilinin adı açıqlanmır.

Qeyd edək ki, Kim Kardaşyan 2021-ci ildə reperdən boşanmaq üçün məhkəməyə müraciət edib.