Krallıq “Ceyms Bond”u mükafatlandırdı - FOTO
    • 19-10-2022, 14:55
    • 212

Krallıq “Ceyms Bond”u mükafatlandırdı - FOTO

Beşinci və sonuncu dəfə Ceyms Bond personajını canlandıran və simvolik rolu ilə vidalaşan britaniyalı aktyor Daniel Kreyq Britaniya Krallığı tərəfindən mükafatlandırılıb.

News24.az "Olay"-a istinadən xəbər verir ki, sənətçi kino və teatr sənayesinə göstərdiyi xidmətlərə görə Kralılığın fəxri adına layiq görülüb.

Kraliça Elizabet və Kral Çarlzın qızı Şahzadə Annanın da iştirak etdiyi Vindzor qəsrindəki mərasimdə aktyora Müqəddəs Maykl və Müqəddəs Georgi ordenləri təqdim edilib.

Kral ailəsinin rəsmi “Twitter” hesabında məşhur Bond replikası “Biz səni gözləyirdik” sözləri ilə mərasimdən görüntü paylaşılıb.

Qeyd edək ki, 54 yaşlı aktyor ilk dəfə 2006-cı ildə “Casino Royale” filmində Ceyms Bond obrazını canlandırıb. Kreyq film seriyasına “No time to die” filmi ilə vida edib.