Emin Mahmudov əcnəbi kluba keçə bilər
    • 20-10-2022, 01:55
    • 275

Emin Mahmudov əcnəbi kluba keçə bilər

"Neftçi"nin futbolçusu Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

News24.az xəbər verir ki, "Harts" millimizin üzvü ilə maraqlanır. Gələn yay Bakı təmsilçisi ilə müqaviləsi başa çatan oyunçunun "Harts"da orta xəttdə problemləri aradan qaldıra biləcək yarımmüdafiəçi ola biləcəyi vurğulanıb.

Xəbərdə E.Mahmudovun  2021-ci ildə Azərbaycanda ilin ən yaxşı oyunçusu seçildiyi xatırladılıb.

Qeyd edək ki, "Harts" Şotlandiya Premyer Liqasında hazırda 14 xalla 7-ci pillədə qərarlaşıb.