“Real Madrid”dən ayrılan futbolçunun yeni klubu bəlli oldu
İdman
“Real Madrid”dən ayrılan gənc braziliyalı futbolçu Endrik mövsümün sonuna qədər icarə əsasında “Olimpik Lion”a keçib.
News24.az xəbər verir ki, Fransa klubu transferi rəsmi olaraq açıqlayıb.
Məlumata görə, Endrik “Real Madrid”lə razılaşma çərçivəsində mövsümün sonuna qədər “Lion”un formasını geyinəcək. Klub bu qərarın futbolçunun inkişafı və müntəzəm oyun vaxtı qazanması məqsədi daşıdığını bildirib.