Xavi: "Uduzanda hamı uğursuz olur"
    • 20-10-2022, 00:47
    • 162

Xavi: "Uduzanda hamı uğursuz olur"

"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Serxio Busqetsin La Liqanın 9-cu turunda "Real"la görüşdəki (1:3) oyununa görə tənqid olunmasına münasibət bildirib.

News24.az xəbər verir ki, mütəxəssis deyib:

“Real"la matçda Buskets uğursuz oynadı? Uduzanda hamı uğursuz olur. Buskets hələ də komanda üçün vacib və əsas oyunçudur. O, daim çalışır, özünə nə isə əlavə edir. Bizdə paltardəyişmə otağında çox gözəl ab-hava var, hamı prosesdə iştirak edir. Bu, mənə pozitiv qalmağa kömək edir”.

Qeyd edək ki, Busqets 2008-ci ildən "Barselona"da oynayır.