-
- 20-10-2022, 17:08
- 245
Kürdəmirdə təhsil işçiləri məktəbə basqın edib? - RƏSMİ AÇIQLAMA - VİDEO
Kürdəmir rayonunda məktəbdə qorxulu anlar yaşanıb.
News24.az "Oxu.az"-a istinadən xəbər verir ki, söhbət rayonun E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbindən gedir. Belə ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədov və icra hakimiyyətinin nümayəndələri qəfil sinif otaqlarına daxil olmaqla şagirdləri qorxudublar.
İlkin məlumata görə, onlar ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsini pozaraq, onu dəhlizə çıxarıblar. Müəllim, “məni şagirdlərin gözü qarşısında alçalda bilməzsiniz”, - desə də, dəhlizdəki “jurnalistlər”dən biri müəllimin üstünə hücum edərək, onu təhqir və təhdid edib.
Baş verən olayın səbəbi kimi səsləndirilən iddialar isə sözügedən müəllimin Ayxan Abdulov adlı şagirdinin valideynləri ilə 3 ildir ki, problem yaşamasıdır.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, 12.10.2022-ci il tarixdə valideyn Elşən Abdulov məktəbdə təhsil alan övladının müəllim tərəfindən psixoloji zorakılığa məruz qalması barədə məlumat verib.
Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov və yerli təhsil sektorunun əməkdaşları 14.10.2022-ci il tarixdə məktəbdə olublar. R.Məmmədov müəllimlə söhbət etdikdən sonra icazə alaraq şagirdlərlə söhbət edib. Bundan sonra müəllimi direktorun otağına dəvət edərək, bu halın ötən tədris ilində də baş verdiyini xatırladıb, valideynlə birlikdə söhbət edərək məsələnin həll olunmasına çalışıb.
Məktəbin digər ibtidai sinif müəllimi təhsil sektorunun əməkdaşları məktəbi tərk etdikdən sonra Xatirə Əhmədovanın sinifdə olmadığı vaxtda sinfə müdaxilə edib, şagirdləri videolentə alıb, loyallıq prinsipini pozaraq şüarlar səsləndirib. Həmçinin videoçəkiliş aparıb. Daha sonra media nümayəndəsi hadisə ilə bağlı məktəbə gəlib, lakin məktəbdə foto və ya videoçəkilişin aparılmaması barədə ona məlumat verilib.
Həmçinin bildiririk ki, media nümayəndəsinin tədris prosesini pozması və onun X.Əhmədovanı təhdid və təhqir etməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. Əlavə olaraq qeyd edirik ki, hadisə ilə bağlı hazırda müvafiq araşdırmalar davam etdirilir.