Binəli Yıldırım və Şamil Ayrım Qarabağda qəzaya düşdülər
    • 20-10-2022, 21:33
    • 528

Binəli Yıldırım və Şamil Ayrım Qarabağda qəzaya düşdülər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Binəli Yıldırım və Şamil Ayrım həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya gətiriliblər.

Onların səhhətinin yaxşı olduğu qeyd edilir.