Yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi
    • 21-10-2022, 10:06
    • 200

Yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi

İctimai-siyasi xadim Surxay Tağızadə vəfat edib.

News24.az-ın məlumatına görə, uzun illər müxtəlif yüksək vəzifələrdə çalışmış, eləcə də deputat olmuş Surxay Tağızadə 90 yaşında dünyasını dəyişib. 

O, 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləyib.

Surxay Tağızadənin oğlu Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin əsasını qoyub və şöbəsinin rəisi vəzifəsində çalışıb.

Onun digər oğlu İmran Tağızadə isə Penitensiar Xidmətin rəis müavini, DTX-nin idarə rəisi kimi yüksək vəzifələrdə çalışıb və hazırda Müdafiə Sənayesi Nazirliyində yüksək post tutur.